Müasir SSD-lər: Məlumatların bərpasının xüsusiyyətləri

Müasir SSD-lər: Məlumatların bərpasının xüsusiyyətləri

Müasir SSD-lər: Məlumatların bərpasının xüsusiyyətləri

Şifrələmə. Müasir SSD-lərin bəziləri məlumatları standart olaraq şifrələyir. Controller-də saxlanılan açar olmadan NAND çiplərindəki məlumatlar sadəcə mənasız məlumatlar toplusuna çevrilir. Çipləri platadan ayırıb birbaşa oxumaq isə faydasız ola bilər.

Monolit arxitektura. Bəzi SSD-lərdə controller və yaddaş bir-birindən ayrılmayan vahid quruluşda olur. Bu isə məlumatların bərpası imkanlarını məhdudlaşdırır.

Mürəkkəb işləmə alqoritmləri. NAND yaddaşında məlumatların saxlanması və təşkili getdikcə daha mürəkkəb olur. Konkret controller-in alqoritmini başa düşmədən NAND çiplərindəki məlumatları düzgün ardıcıllıqda birləşdirib mənalı image yaratmaq mümkün olmaya bilər. Bu səbəbdən sadəcə çipləri platadan ayırmaq və oxumağa çalışmaq nəticə vermir.

TRIM. SSD-də silinmiş məlumatların proqram təminatı vasitəsilə bərpası çox vaxt mümkün olmur. Controller silinmiş sahələrdəki məlumatları əməliyyat sisteminə sıfırlar kimi göstərə bilər. Bu halda SSD-yə nasaz daşıyıcı kimi yanaşmaq və NAND yaddaşında real məlumatların qalıb-qalmadığını araşdırmaq lazım gələ bilər. Lakin bu, kifayət qədər mürəkkəb və vaxt aparan prosesdir.

Bütün bunlar nə deməkdir?

SSD-lər hər il daha mürəkkəb və daha yaxşı qorunan sistemlərə çevrilir. Bu, normal istifadə zamanı məlumatların təhlükəsizliyi və SSD-nin performansı üçün müsbət haldır.

Lakin məlumat itkisi baş verdikdə, SSD-nin mürəkkəb arxitekturası məlumatların bərpası imkanlarını getdikcə daha çox məhdudlaşdırır.

SSD məlumat itkisi zamanı ilk addım — diski istifadə etməyi dayandırmaq və peşəkar diaqnostikaya müraciət etməkdir.

Paylaşmaq: