Sərt disklərlə bağlı ən çox yayılan fikirlərdən biri budur:
«HDD-ni açdınsa, artıq məlumatları bərpa etmək mümkün deyil.»
Bu, tam olaraq doğru deyil.
HDD-nin içində vakuum yoxdur. Adi sərt disklərin daxilində təmizlənmiş hava olur. Diskin başlıqları (read/write heads) fırlanan maqnit lövhələrinin üzərində hava axınının yaratdığı çox kiçik məsafədə hərəkət edir. Vakuum şəraitində bu mexanizm normal işləyə bilməz.
Bəzi müasir HDD-lər isə hava əvəzinə heliumla doldurulur. Lakin heliumla doldurulmuş disk də vakuum deyil.
HDD tam hermetik deyil
Adi hava ilə işləyən HDD-lər tamamilə hermetik bağlanmış sistemlər deyil. Daxildəki təzyiq xarici mühitlə breather filter vasitəsilə balanslaşdırılır.
Bu filtrin əsas vəzifələrindən biri xarici havadan daxil ola biləcək çirkləndiriciləri və toz hissəciklərini minimuma endirməkdir.
Məhz buna görə HDD-nin daxilindəki mühitin təmizliyi çox vacibdir.
Əsas problem HDD-nin açılması deyil
Əsl problem diskin harada, necə və kim tərəfindən açılmasıdır.
Məsələn, HDD adi servis şəraitində açılır:
açılır → lövhələrə və başlıqlara toxunulur → disk bağlanır → enerji verilir → «görək işləyəcəkmi»
Ən təhlükəli mərhələ məhz bundan sonra başlaya bilər.
Disk işləyərkən maqnit lövhələri çox yüksək sürətlə fırlanır. Lövhələrin səthində isə məlumatların saxlanıldığı çox nazik maqnit qat yerləşir.
İçəriyə daxil olmuş toz və digər hissəciklər fırlanma zamanı:
-
read/write head-lərə zərər verə bilər;
-
maqnit səthini cıza bilər;
-
başlıqların normal uçuşunu poza bilər;
-
əlavə bad sector-ların yaranmasına səbəb ola bilər;
-
platter səthində geri dönməz fiziki zədələnmə yarada bilər.
Bu vəziyyət head crash və ya səthin fiziki zədələnməsi ilə nəticələnə bilər.
«Sadəcə baxmaq üçün açdıq»
Ən təhlükəli yanaşmalardan biri budur:
«Disk işləmirdi, açdıq, baxdıq, sonra bağlayıb yoxladıq.»
HDD-nin içində sadəcə baxmaqla problem müəyyən edilmir və həll olunmur.
Bəzi hallarda ilkin nasazlıq ümumiyyətlə platter və ya head problemi olmaya bilər. Problem:
-
PCB-də,
-
firmware-də,
-
Service Area-da,
-
head assembly-də,
-
spindle motorunda,
-
translator-də
və ya başqa komponentdə ola bilər.
Yəni diski açmaq heç lazım olmadığı halda açmaq, mövcud problemi daha da ağırlaşdıra bilər.
HDD artıq açılıbsa, nə etmək lazımdır?
Əgər sərt disk artıq açılıbsa:
- Onu yenidən qoşmayın.
- Platter-lərə toxunmayın.
- Head-ləri özünüz hərəkət etdirməyin.
- Diski yenidən açıb-bağlamayın.
- «Bir dəfə də yoxlayım» deyərək enerji verməyin.
Diskin vəziyyəti peşəkar məlumat bərpası laboratoriyasında qiymətləndirilməlidir.
Mütəxəssis diskin daxilini yoxlayaraq:
-
platter səthinin vəziyyətini;
-
başlıq qovşağını;
-
çirklənmə olub-olmadığını;
-
mexaniki zədələri;
-
əvvəlki müdaxilənin izlərini
qiymətləndirə bilər.
Bundan sonra diskin enerji ilə yoxlanılmasının təhlükəsiz olub-olmadığı müəyyən edilir.
Vacib məqam: HDD-nin açılması avtomatik olaraq «məlumatlar getdi» demək deyil
Bunu xüsusilə qeyd etmək lazımdır.
HDD-nin açılmış olması təkbaşına məlumatların bərpasını mümkünsüz etmir.
Bəzi hallarda disk açıldıqdan sonra belə məlumatların böyük hissəsini və hətta tam məlumatı bərpa etmək mümkün ola bilər.
Amma açıldıqdan sonra diskə enerji verilməsi və zədələnmiş platter/head ilə işləməyə davam edilməsi vəziyyəti ciddi şəkildə pisləşdirə bilər.
Əgər platter səthində fiziki zədələnmə yaranıbsa, məlumatın həmin sahələrdən bərpası artıq çox çətin və bəzi hallarda qeyri-mümkün ola bilər.
Suya düşmüş HDD haqqında da vacib qeyd
HDD suya düşübsə, onu açıb «qurudum, sonra yoxlayım» yanaşması xüsusilə risklidir.
Əgər su HDD-nin daxili hissəsinə daxil olubsa, əlavə korroziya və çirklənmə yarana bilər.
Belə vəziyyətdə:
suya düşmüş HDD → enerji verməyin → açmayın → peşəkar diaqnostika
daha təhlükəsiz yanaşmadır.
Nəticə
HDD-nin daxilində vakuum yoxdur. Adi HDD-lər hava ilə, bəzi modellər isə heliumla işləyir.
Əsas təhlükə HDD-nin açılması faktından çox, diskin təmiz olmayan şəraitdə açılması və bundan sonra enerji ilə işə salınmasıdır.
Bir HDD artıq açılıbsa, bu hələ son demək deyil.
Amma:
Açılmış HDD-ni yenidən qoşmaq və işlətmək məlumatların bərpası şansını ciddi şəkildə azalda bilər.
Məlumat sizin üçün vacibdirsə, «özüm yoxlayım» əvəzinə ilk müdaxiləni peşəkar Data Recovery laboratoriyasına həvalə edin.
DataRecovery.az — məlumatların bərpası üzrə peşəkar diaqnostika və laboratoriya xidməti.