Məlumatların bərpası üzrə servis mərkəzi | Data Recovery
DataRecovery.az 2021-ci ildən fəaliyyət göstərən peşəkar məlumat bərpa laboratoriyasıdır. Biz HDD, SSD, RAID, NAS, USB Flash, SD/microSD kartlar, mobil telefonlar və digər rəqəmsal yaddaş daşıyıcılarından itirilmiş məlumatların bərpası üzrə ixtisaslaşmışıq.
Məlumat itkisi müxtəlif səbəblərdən baş verə bilər: təsadüfən silinmə, formatlaşdırma, virus hücumları, fayl sisteminin zədələnməsi, firmware nasazlığı, elektrik gərginliyi, mexaniki zədələr və ya elektron komponentlərin sıradan çıxması. Təcrübəli mühəndislərimiz müasir diaqnostika avadanlıqları və peşəkar məlumat bərpa texnologiyalarından istifadə edərək məlumatların maksimum həcmdə bərpasını həyata keçirirlər.
Məlumatların bərpası hansı hallarda mümkündür?
- Təsadüfən silinmiş fayllar
- Formatlaşdırılmış HDD, SSD və yaddaş kartları
- İşləməyən və ya tanınmayan sərt disklər
- Firmware və kontroller nasazlıqları
- RAID və NAS sistemlərində məlumat itkisi
- Elektrik gərginliyi və qısaqapanma nəticəsində yaranan nasazlıqlar
- Su və fiziki zədələnmiş yaddaş daşıyıcıları
- USB Flash və SD/microSD kartlardan məlumatların bərpası
Fotoşəkillər, videolar, sənədlər, verilənlər bazaları, layihələr və digər vacib fayllar peşəkar laboratoriya şəraitində bərpa oluna bilər.
Niyə DataRecovery.az?
Məlumatların bərpası xüsusi bilik, təcrübə və peşəkar avadanlıq tələb edən mürəkkəb prosesdir. Nasaz daşıyıcını ev şəraitində işlətmək, pulsuz proqramlardan istifadə etmək və ya diski təkrar istifadəyə vermək məlumatların üzərinə yeni yazılış aparılmasına və bərpa ehtimalının azalmasına səbəb ola bilər.
DataRecovery.az laboratoriyasında hər bir daşıyıcı əvvəlcə diaqnostika olunur, nasazlığın səbəbi müəyyən edilir və yalnız bundan sonra ən təhlükəsiz bərpa metodu seçilir. Məqsədimiz məlumatların maksimum həcmdə və təhlükəsiz şəkildə bərpasıdır.
Məxfilik və etibarlılıq
Müştərilərimizin məlumatlarının məxfiliyi bizim üçün əsas prioritetdir. Bütün məlumatlar tam məxfilik prinsipi ilə emal olunur və üçüncü şəxslərə ötürülmür.
Əgər məlumat itkisi ilə qarşılaşmısınızsa, daşıyıcını istifadə etməyi dayandırın və peşəkar diaqnostika üçün DataRecovery.az-a müraciət edin. Vaxtında edilən müraciət məlumatların uğurla bərpa olunma ehtimalını əhəmiyyətli dərəcədə artırır.




.png)