Haqqımızda | Data Recovery

Məlumatların Bərpası üzrə Peşəkar Servis Mərkəzi | Data Recovery

Data Recovery servis — 2021-ci ildən fəaliyyət göstərən peşəkar məlumat bərpa laboratoriyasıdır. Biz HDD, SSD, RAID, NAS, USB flash daşıyıcıları, SD kartlar, mobil telefonlar və digər rəqəmsal yaddaş qurğularından itirilmiş, silinmiş və ya əlçatmaz olmuş məlumatların bərpası üzrə ixtisaslaşmışıq.

Laboratoriyamız məlumatların təhlükəsiz və maksimum mümkün həcmdə bərpası üçün müasir diaqnostika avadanlıqlarından, beynəlxalq standartlara uyğun texnologiyalardan və yüksək ixtisaslı mühəndislərin uzunmüddətli təcrübəsindən istifadə edir.

Mürəkkəb firmware nasazlıqları, kontroller problemləri, NAND Flash zədələnmələri, mexaniki və elektron nasazlıqlar, eləcə də təsadüfi silinmə və formatlama hallarında hər bir daşıyıcı fərdi şəkildə analiz olunur və optimal bərpa üsulu seçilir.

Data Recovery servis müştərilərinə məxfilik, peşəkarlıq və etibarlılıq prinsiplərinə əsaslanan xidmət təqdim edərək şəxsi və korporativ məlumatların bərpasında etibarlı tərəfdaş olmağa çalışır.

 Niyə Biz?

 

  • “Məlumat yoxdursa, ödəniş də yoxdur” zəmanəti 
  • 12 ildən artıq təcrübəyə malik texniki heyət
  •  Express diaqnostika və qiymətləndirmə
  •  95% uğurlu bərpa göstəricisi

 

 

 İxtisaslaşdığımız sahələr:

 

  •  HDD, SSD, USB flash, NAS və RAID sistemlərindən məlumat bərpası
  •  Fleş kartlardan, fotoaparat yaddaş kartlarından (SD, CF, MMC və s.) məlumatların oxunması və bərpası
  •  IOS cihazlarından (iPhone, iPad və s.) məlumat çıxarılması
  •  Elektron və mexaniki zədələnmiş disklərdən məlumatın geri qaytarılması
  •  DVR video qeydiyyatçılardan silinmiş və ya pozulmuş videoların bərpası
  •  Proqram təminatı ilə çip səviyyəsində NAND və UFS analiz və lehimləmə ilə məlumat oxuma

 

Məxfiliyə Zəmanət

  • Müştəri məlumatlarının qorunması bizim əsas prioritetlərimizdəndir. Bütün proseslər ISO  standartlarına uyğun aparılır.

Əgər HDD və ya SSD disk, mobil telefon, yaddaş kartı və ya video qeydiyyatçınızdan məlumat itibsə, Data Recovery – sizin güvəndiyiniz professional mərkəzdir.