SSD yaddaş daşıyıcılarından məlumatların peşəkar bərpası
SSD (Solid State Drive) müasir kompüterlərdə, noutbuklarda və serverlərdə geniş istifadə olunan yüksək sürətli yaddaş qurğusudur. Mexaniki hissələrə malik olmadığı üçün HDD-lərlə müqayisədə daha sürətli, səssiz, enerjiyə qənaətcil və zərbəyə daha davamlıdır.
Lakin yüksək etibarlılığına baxmayaraq, SSD-lərdə də müxtəlif səbəblərdən məlumat itkisi baş verə bilər. SSD texnologiyasının mürəkkəb quruluşu səbəbindən məlumatların bərpası xüsusi avadanlıq və peşəkar təcrübə tələb edir.

SSD-də məlumat niyə itir?
SSD yaddaş qurğularında məlumat itkisinə ən çox aşağıdakı səbəblər rast gəlinir:
- Firmware (mikroproqram) nasazlığı
- Kontroller (Controller) sıradan çıxması
- NAND yaddaş çiplərinin zədələnməsi
- Elektrik gərginliyi və qısaqapanma
- PCB (elektron lövhə) nasazlığı
- Fayl sisteminin zədələnməsi
- Təsadüfi silinmə və ya formatlama
- SSD-nin BIOS və ya Windows tərəfindən tanınmaması
- Uzunmüddətli istifadə nəticəsində NAND hüceyrələrinin köhnəlməsi
SSD-dən silinmiş məlumatları bərpa etmək mümkündürmü?
SSD-də silinmiş faylların bərpası HDD-lərlə müqayisədə daha mürəkkəbdir. Bunun əsas səbəbi TRIM texnologiyasıdır.
TRIM aktiv olduqda əməliyyat sistemi silinmiş məlumatların yerləşdiyi yaddaş bloklarını boş kimi qeyd edir və SSD həmin blokları sonradan fiziki olaraq təmizləyir. Bu proses baş verdikdən sonra məlumatların bərpası əksər hallarda mümkün olmur.
Lakin aşağıdakı hallarda məlumatların bərpası mümkün ola bilər:
- TRIM deaktiv olduqda
- SSD uzun müddət istifadə edilmədikdə
- Silinmiş məlumatların üzərinə yeni məlumat yazılmadıqda
- Firmware nasazlığı nəticəsində məlumatlar əlçatmaz olduqda
Hər bir SSD fərqli quruluşa malik olduğundan bərpa imkanı yalnız diaqnostikadan sonra müəyyən edilir.
Nasaz SSD-dən məlumatların bərpası
SSD ümumiyyətlə işləmirsə və ya kompüter tərəfindən tanınmırsa, problem aşağıdakı komponentlərdən biri ilə bağlı ola bilər:
- SSD Controller
- NAND Flash yaddaş çipləri
- PCB (elektron lövhə)
- Firmware
- Enerji idarəetmə sxemi
Belə hallarda adi proqramlarla məlumatların bərpası mümkün olmur. Xüsusi laboratoriya avadanlıqları və peşəkar məlumat bərpası metodlarından istifadə edilir.
DataRecovery.az SSD məlumat bərpası xidməti
DataRecovery.az laboratoriyası müxtəlif istehsalçıların SATA və NVMe SSD-lərindən məlumatların bərpası üzrə ixtisaslaşıb.
Biz aşağıdakı hallarda peşəkar xidmət göstəririk:
✅ SSD kompüter tərəfindən görünmür
✅ BIOS SSD-ni tanımır
✅ Firmware nasazlığı
✅ Controller sıradan çıxıb
✅ Elektrik zədəsi
✅ Məlumatlar təsadüfən silinib
✅ SSD format olunub
✅ SSD RAW vəziyyətinə düşüb
✅ BitLocker və ya digər şifrələmə problemləri
Hər bir SSD əvvəlcə diaqnostika olunur, daha sonra ən təhlükəsiz üsulla məlumatların bərpası həyata keçirilir.
Dəstəklədiyimiz SSD markaları
Biz aşağıdakı istehsalçıların SSD-lərindən məlumatların bərpasını həyata keçiririk:
- Samsung SSD
- Kingston SSD
- Western Digital (WD)
- SanDisk
- Crucial
- Micron
- Intel
- Kioxia (Toshiba)
- Seagate
- Corsair
- ADATA
- Transcend
- Lexar
- TeamGroup
- Patriot
- Silicon Power
- GoodRAM
- SK hynix
Niyə DataRecovery.az?
- Peşəkar SSD bərpa laboratoriyası
- Müasir avadanlıqlar
- Təcrübəli mühəndislər
- Məlumatların məxfiliyinə tam zəmanət
- Yüksək uğur faizi
- İlkin diaqnostika
- Samsung SSD-dən məlumatların bərpası
- Crucial SSD-dən məlumatların bərpası
- Intel SSD-dən məlumatların bərpası
- Western Digital SSD-dən məlumatların bərpası
- SanDisk SSD-dən məlumatların bərpası
- Toshiba SSD-dən məlumatların bərpası
- Corsair SSD-dən məlumatların bərpası
- Micron SSD-dən məlumatların bərpası
- Seagate SSD-dən məlumatların bərpası
- Kingston SSD-dən məlumatların bərpası