Samsung smartfonlarında məlumatların bərpası cihazın modelindən, anakartın vəziyyətindən, yaddaş texnologiyasından, Android versiyasından və təhlükəsizlik mexanizmlərindən asılı olaraq müxtəlif mürəkkəblikdə ola bilər.
Cihaz zərbə alıbsa, maye ilə təmasda olubsa, açılmırsa, enerji almırsa, bootloop vəziyyətindədirsə və ya anakartda elektron nasazlıq yaranıbsa, məlumatların bərpası mümkün ola bilər.
DataRecovery.az-da əsas məqsəd həmişə telefonu tam təmir etmək deyil. Əgər cihazın bütün funksiyalarını bərpa etmək mümkün deyilsə, məlumatlara giriş əldə etmək üçün anakartın və yaddaş sisteminin tələb olunan funksionallığının bərpasına çalışılır.

Samsung məlumatlarının bərpası hansı hallarda tələb olunur?
Aşağıdakı hallarda məlumatların bərpasına ehtiyac yarana bilər:
- Telefon ümumiyyətlə açılmır;
- Samsung loqosunda qalır;
- Boot Loop vəziyyətindədir;
- Telefon zərbə nəticəsində işləmir;
- Cihaz su və ya digər maye ilə təmasda olub;
- Anakartda qısaqapanma yaranıb;
- Power IC və ya enerji təchizatı sistemində nasazlıq var;
- USB/şarj sistemi zədələnib;
- Telefon kompüter tərəfindən tanınmır;
- Anakartda korroziya yaranıb;
- Əvvəlki təmir zamanı PCB və ya komponentlər zədələnib;
- Firmware və ya sistem problemləri nəticəsində istifadəçi məlumatlarına giriş mümkün deyil.
Məlumatların bərpası ilə telefonun təmiri
Samsung telefonunun tam təmiri ilə məlumatların bərpası eyni proses deyil.
Tam təmir zamanı məqsəd telefonun ekran, kamera, biometrik sistem, şarj, rabitə və digər funksiyalarını tam şəkildə işlək vəziyyətə gətirməkdir.
Məlumatların bərpasında isə əsas məqsəd telefonun daxilində saxlanılan məlumatlara giriş əldə etmək və onları başqa yaddaş daşıyıcısına köçürməkdir.
Bəzi hallarda telefonun bütün funksiyalarını bərpa etmək iqtisadi və ya texniki baxımdan mümkün olmaya bilər. Əgər məlumatlara giriş əldə etmək mümkündürsə, yalnız məlumatların çıxarılması daha məqsədəuyğun həll ola bilər.
Anakart diaqnostikası
Cihaz laboratoriyaya qəbul edildikdən sonra ilk mərhələ ətraflı diaqnostikadır.
Mütəxəssis:
- Anakartı mikroskop altında yoxlayır;
- Maye və korroziya izlərini araşdırır;
- Qısaqapanmanı yoxlayır;
- Əsas enerji xətlərini ölçür;
- Power IC və enerji təchizatı dövrələrini analiz edir;
- USB və şarj xəttini yoxlayır;
- Cihazın kompüter tərəfindən tanınıb-tanınmadığını müəyyən edir;
- Əvvəlki təmir müdaxilələrini araşdırır;
- CPU və yaddaş sisteminin vəziyyətini qiymətləndirir;
- Lazım gəldikdə termal və digər instrumental diaqnostika aparır.
Diaqnostikanın nəticəsinə əsasən məlumatların bərpası üçün ən təhlükəsiz texniki yanaşma müəyyən edilir.

eMMC və UFS yaddaş sistemləri
Samsung smartfonlarında müxtəlif nəsillərdə eMMC və UFS yaddaş texnologiyalarından istifadə olunub.
Köhnə cihazlarda eMMC yaddaşına, daha yeni Galaxy modellərində isə əsasən UFS yaddaş texnologiyasına rast gəlinir.
Yaddaş çipində istifadəçi məlumatları ilə yanaşı sistem və digər xidmət məlumatları da saxlanılır.
Lakin yaddaş çipinin fiziki olaraq sağlam olması avtomatik olaraq məlumatların oxuna biləcəyi demək deyil.
Müasir Samsung cihazlarında istifadəçi məlumatları Android təhlükəsizlik və şifrələmə mexanizmləri ilə qorunur. Buna görə sadəcə yaddaş çipini çıxarmaq və başqa cihazda oxumaq bir çox hallarda məlumatların bərpası üçün kifayət etmir.
CPU, UFS və şifrələmə
Müasir Android cihazlarında məlumatların təhlükəsizliyi üçün müxtəlif hardware və software əsaslı təhlükəsizlik mexanizmlərindən istifadə olunur.
Bu səbəbdən CPU/SoC, yaddaş və cihazın təhlükəsizlik sistemi arasındakı əlaqə məlumatların bərpasında mühüm rol oynayır.
Əgər anakart zədələnibsə, məqsəd çox vaxt yaddaş çipini ayrıca oxumaq deyil, orijinal komponentlər arasındakı işlək əlaqəni mümkün qədər bərpa etməkdir.
Bu xüsusilə müasir UFS əsaslı Samsung cihazlarında vacibdir.
Telefon zərbə alıbsa
Güclü zərbə nəticəsində:
- BGA komponentlərində lehim əlaqələri zədələnə;
- PCB yolları qırıla;
- UFS və ya digər komponentlərdə əlaqə problemi yarana;
- enerji xətləri zədələnə;
- mikroskopik çatlar meydana gələ bilər.
Belə hallarda telefonun xarici görünüşü normal olsa belə, anakart daxilində ciddi nasazlıq ola bilər.
Su və maye zədələnməsi
Samsung telefon maye ilə təmasda olduqda cihazı şarj etmək və işə salmağa çalışmaq tövsiyə edilmir.
Maye zədələnməsindən sonra korroziya və qısaqapanma davam edə bilər. Cihazın təkrar-təkrar işə salınması əlavə komponentlərin zədələnməsinə səbəb ola bilər.
Bu səbəbdən vacib məlumatlar varsa, cihaz mümkün qədər tez laboratoriyaya təqdim edilməlidir.
Əvvəlki təmirin təsiri
Telefon əvvəllər başqa servis tərəfindən açılıb və təmir olunubsa, məlumatların bərpası daha mürəkkəb ola bilər.
Məsələn:
- PCB padları qoparıla bilər;
- yollar zədələnə bilər;
- BGA komponentləri düzgün lehimlənməyə bilər;
- UFS/eMMC sahəsinə mexaniki müdaxilə edilə bilər;
- komponentlər səhv dəyişdirilə bilər;
- anakartda əlavə qısaqapanma yarana bilər.
Bu səbəbdən əvvəlki təmir haqqında mümkün qədər ətraflı məlumat vermək vacibdir.
Samsung telefonlarında məlumatların silinməsi
Zədələnmiş telefondan məlumatların bərpası ilə əvvəlcədən silinmiş məlumatların bərpası fərqli məsələlərdir.
Əgər telefon işləmədiyi üçün məlumatlara giriş mümkün deyilsə, əsas məqsəd mövcud məlumatlara giriş əldə etməkdir.
Əgər istifadəçi məlumatları əvvəlcədən silibsə və ya cihaz factory reset edilibsə, müasir Android təhlükəsizlik və şifrələmə mexanizmləri səbəbindən nəticə ayrıca qiymətləndirilməlidir.
Buna görə əvvəlcədən “100% bərpa” vədi vermək texniki baxımdan düzgün deyil.
Ekran qırılıbsa
Əgər Samsung telefonun anakartı işləkdirsə, lakin ekran zədələnibsə, məlumatların bərpası üçün anakartı təmir etmək əvəzinə cihazın məlumatlara giriş imkanını təmin edən texniki həll seçilə bilər.
Bu halda məlumatlar:
- xarici SSD-yə;
- HDD-yə;
- USB yaddaş qurğusuna;
- müştərinin təqdim etdiyi yaddaş daşıyıcısına
köçürülə bilər.
Parol və PIN
Müasir Samsung cihazlarında ekran PIN-i, parol və digər təhlükəsizlik mexanizmləri məlumatların qorunmasının bir hissəsidir.
Cihazın PIN/parolunu bilməmək məlumatların bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.
İstifadəçinin parolunu sındırmaq, təhlükəsizlik mexanizmlərini bypass etmək və ya icazəsiz şəkildə cihaza giriş əldə etmək xidməti göstərilmir.
Müştəri öz cihazının düzgün PIN/parolunu təqdim etməlidir.
Məlumatların məxfiliyi
Müştərinin şəxsi məlumatları — fotoşəkillər, videolar, sənədlər, kontaktlar və digər fayllar — məxfi məlumat hesab olunur.
DataRecovery.az-da məlumatların bərpası prosesi məxfilik prinsiplərinə uyğun həyata keçirilir və məlumatların üçüncü şəxslərə ötürülməsinə yol verilmir.
Bərpa müddəti
Bərpa müddəti cihazın vəziyyətindən və nasazlığın mürəkkəbliyindən asılıdır.
Sadə elektron nasazlıqlar daha qısa müddətdə həll oluna bilər. Maye zədələnməsi, ciddi PCB zədəsi, əvvəlki uğursuz təmir və UFS/anakart problemləri isə daha uzun diaqnostika və bərpa prosesi tələb edə bilər.
Dəqiq müddət yalnız cihaz laboratoriyada yoxlanıldıqdan sonra müəyyən edilə bilər.
Uğur ehtimalı
Məlumatların bərpasına zəmanət vermək mümkün deyil.
Nəticəyə əsasən aşağıdakı amillər təsir edir:
- anakartın fiziki vəziyyəti;
- CPU/SoC vəziyyəti;
- UFS/eMMC yaddaşının vəziyyəti;
- enerji təchizatı;
- korroziyanın səviyyəsi;
- əvvəlki təmir müdaxilələri;
- cihazın modeli və nəsli;
- Android versiyası;
- təhlükəsizlik və şifrələmə vəziyyəti;
- PIN/parolun mövcudluğu.
Bu səbəbdən real bərpa ehtimalı yalnız ilkin diaqnostikadan sonra qiymətləndirilir.
Vacib xəbərdarlıq
Samsung telefonunuzda vacib məlumatlar varsa və cihaz:
- açılmırsa;
- zərbə alıbsa;
- suya düşübsə;
- şarj olmursa;
- loqoda qalırsa;
- kompüter tərəfindən tanınmırsa;
cihazı təkrar-təkrar işə salmağa və şarj etməyə çalışmayın.
Xüsusilə maye zədələnməsindən sonra enerji vermək əlavə elektron zədələnməyə səbəb ola bilər.
Məlumatların bərpası üzrə servis mərkəzi
Samsung və digər Android cihazlarından məlumatların bərpası üzrə peşəkar laboratoriydır.
Anakart səviyyəsində diaqnostika, elektron komponentlərin yoxlanılması və məlumatlara girişin bərpası üçün texniki işlər həyata keçirilir.
Məqsədimiz telefonu mütləq tam təmir etmək deyil — ilk növbədə məlumatlarınızı mümkün olan maksimum həcmdə təhlükəsiz şəkildə bərpa etməkdir.
Qeyd: Məlumatların bərpası ilə telefonun tam təmiri iki ayrı xidmətdir. Cihazın bərpadan sonra tam funksional işləyəcəyi yalnız diaqnostika və görülən işlərin nəticəsindən sonra müəyyən edilə bilər.