Niyə HDD-nin platasını özünüz dəyişməməlisiniz?

Niyə HDD-nin platasını özünüz dəyişməməlisiniz?

Niyə HDD-nin platasını özünüz dəyişməməlisiniz?

Ən geniş yayılmış “xalq üsulu” – eyni modeldən olan platanı dəyişməkdir. İlk baxışdan məntiqli görünür: disk heç bir əlamət göstərmürsə, deməli problem elektronikadadır.

Əslində isə bu, demək olar ki, heç vaxt işə yaramır.

Müasir sərt disklərin platasında hər disk üçün unikal proqram təminatı (ROM/PZU) saxlanılır. Bu məlumat hər bir diskə məxsusdur. Əksər hallarda həmin ROM olmadan, hətta başqa heç bir nasazlıq olmasa belə, disk işləməyəcək.

Sadəcə eyni modeldən olan platanı taxmaq kifayət etmir. ROM çipi köçürülməli və ya proqramlaşdırılmalıdır. Bunun üçün xüsusi avadanlıq və peşəkar təcrübə tələb olunur.



❗️Bununla da risk bitmir. Əgər plata gərginlik sıçrayışı nəticəsində sıradan çıxıbsa, maqnit başlıqlar blokundakı kommutator (preamp) da zədələnmiş ola bilər. Disk zahirən susur, amma daxilində artıq mexaniki hissələr də zədələnmiş vəziyyətdə olur.

İstifadəçi yeni platanı qoşub diski enerji ilə təmin etdikdə, bərpa oluna biləcək məlumatları da tamamilə məhv edə bilər.

Bizə tez-tez orijinal platası olmayan, yaxud səhv lehimləmə nəticəsində ROM-u zədələnmiş disklər gətirilir. Təəssüf ki, bəzi hallarda artıq məlumatları bərpa etmək mümkün olmur.

Ən acınacaqlısı odur ki, bu halların çoxunda problem ümumiyyətlə platada olmur. Ona toxunmaq lazım deyildi. İndi isə əsl nasazlığı aradan qaldırmaq belə mümkün olmaya bilər.

Bəzən buna internetdə yayılan səhv və məsuliyyətsiz təlimatlar səbəb olur. Orada yalnız hansı mikrosxemin hara köçürüləcəyindən danışılır, amma düzgün diaqnostika və sonrakı mümkün problemlərin həlli barədə heç nə izah edilmir. Bəs əgər problem ümumiyyətlə platada deyilsə?

Disk heç bir əlamət göstərmirsə və problemin platada olduğunu düşünürsünüzsə, onu olduğu kimi mütəxəssisə gətirin. Eksperiment etməyin. Əgər disk hələ də işləyir və ya səs çıxarırsa, platanın dəyişdirilməsi əksər hallarda vəziyyəti daha da ağırlaşdırır.

Suallarınızı vermək və ya müraciət etmək üçün DataRecovery.az ilə əlaqə saxlaya bilərsiniz.

Paylaşmaq: