Məlumat bərpası zamanı çox vaxt platanın daxilində dəqiq hansı detalın sıradan çıxdığını araşdırmağa belə ehtiyac olmur.
Bu nasazlığın ən çox rast gəlinən əlaməti — diskin tam səssiz qalmasıdır. Disk ümumiyyətlə fırlanmır və işə düşməyə cəhd etmir. Əsas məsələ bunu “cırıltı”, “tıqqıltı” və ya “sürtünmə” səsləri ilə qarışdırmamaqdır. Çünki belə səslər adətən platanın deyil, mexaniki hissənin nasaz olduğunu göstərir.
Sadəcə platanı dəyişmək isə kifayət etmir. Disk işləməyəcək. Çünki HDD üzərində yerləşən ROM/PZU mikrosxemində həmin diskə məxsus unikal məlumatlar saxlanılır. Bu səbəbdən həmin mikrosxemi ya köçürmək, ya da proqramlaşdırmaq lazımdır. Əksər hallarda original plata olmadan məlumat bərpası mümkün olmur.
Bu səbəbdən:
❗ Heç vaxt köhnə və nasaz platanı atmayın.
İstər özünüz nasaz olduğunu düşünün, istərsə də başqa “usta” belə desin — məlumatlarınızı görənə qədər hər şey şübhə altındadır.
Bəzən çox sadə görünən bir plata nasazlığı sonradan məlumat bərpasını tam mümkünsüz edə bilər. Xüsusilə də:
-
original plata itiriləndə,
-
başqa plata ilə dəyişdiriləndə,
-
və ya ROM mikrosxemi dəyişdirildikdə.
Təəssüf ki, bəzi servis mərkəzləri məlumat bərpası sahəsində təcrübəli olmadıqları halda sadəcə “yoxlamaq üçün” platanı dəyişirlər. Nəticədə müştəri bizə artıq başqa platayla və ya dəyişdirilmiş ROM ilə müraciət edir. Belə hallarda məlumatların bərpası çox vaxt mümkünsüz olur.
Ən pisi isə odur ki, bəzi hallarda problem ümumiyyətlə platada olmur. Sadəcə platanı dəyişmək ən asan yol kimi göründüyü üçün buna cəhd edilir.
Bu səhvləri təkrarlamayın və məlumatlarınızı bərpa etmək şansınızı itirməyin.