Sərt disk niyə qəfil görünməz olur? – Ən yaygın səbəblər və həll yolları
Kompyuter istifadəçilərinin ən çox rastlaşdığı problemlərdən biri – sərt diskin qəfil görünməməsidir. Bu, həm masaüstü, həm də noutbuklarda baş verə bilər və çox vaxt panikaya səbəb olur. Lakin narahat olmayın: problemin bir çox texniki səbəbi və mümkün həll yolları var. Bu məqalədə sərt diskin niyə yoxa çıxdığını və hansı addımlarla diaqnostika aparmağın mümkün olduğunu izah edirik.
Sərt diskin qəfil görünməməsinin əsas səbəbləri
1. Elektrik qidalanması və kabel problemi
SATA/Power kabellərinin boşalması, qırılması və ya kənardan toxunması sərt diskin tanınmamasına gətirib çıxarır.
Əlamətlər: disk fırlanmır, klik səsi yoxdur, BIOS-da görünmür.
Həll:
-
SATA və Power kabellərini yenidən qoşun
-
Digər kabel və ya portdan istifadə edin
-
Xarici HDD-lərdə USB kabelini dəyişin
2. Fayl sistemi zədələnməsi
Ani elektrik kəsilməsi, sistem çöküşü və ya səhv proqram təminatı fayl sistemini korlaya bilər.
Əlamətlər: Disk “RAW” kimi görünür, açılmır, format tələb edir.
Həll:
-
CHKDSK yoxlaması
-
Fayl sistemi bərpa proqramları
-
Məlumat vacibdirsə — format etmədən peşəkar xidmətə müraciət edin

3.PCB (plate) və elektronika nasazlığı
Diskin üzərindəki yaşıl elektron lövhə zədələnərsə, HDD tanınmaya bilər.
Əlamətlər: disk fırlanmır, yandırıq iyi, biosda görünmür.
Həll:
Bu problem yalnız laboratoriya şəraitində xüsusi avadanlıqla bərpa olunur. Ev şəraitində düzəltmək mümkün deyil.
4. Diskdə mexaniki nasazlıq
Mühərrik ilişməsi, oxunan başlıq (head) zədəsi, “click səsi” ən ağır nasazlıqlar sırasındadır.
Əlamətlər: klik-klik səsi, yavaş iş, komputer donması.
Həll:
Şəxsi müdaxilə qəti qadağandır. Açılması yalnız “clean room” laboratoriyasında mümkündür.
5.BIOS konfiqurasiyası və ya sistem xətası
BIOS-da SATA rejimi dəyişibsə (IDE/AHCI), yenilənmə səhv olubsa disk tanınmaya bilər.
Həll:
-
BIOS-da SATA rejimini yoxlamaq
-
Default Settings → Restore etmək
-
Disk Management-də diskin aktiv olub-olmadığını yoxlamaq
6. Diskin ömrünün bitməsi (Bad sektorlar)
Zamanla disklərdə pis sektorlar yaranır və sistem onları oxuya bilmir.
Əlamətlər:
-
kompüter açılarkən gecikmə
-
məlumatlara girişdə donma
-
səsli işləmə
Həll:
Diskdə test (SMART check), backup və disk dəyişdirilməsi.
Məlumat lazımdırsa — mütəxəssis bərpası.
Nə etməli? Addım-addım diaqnostika
1️⃣ Kabelləri və portları dəyişin
2️⃣ Diskin BIOS-da görünüb-görünmədiyini yoxlayın
3️⃣ Disk Management-də vəziyyətini yoxlayın
4️⃣ Əgər qəribə səslər gəlirsə — diskə toxunmayın
5️⃣ Məlumat vacibdirsə — format etməyin, test etməyin
6️⃣ Peşəkar diaqnostikaya təqdim edin
Nəticə
Sərt diskin qəfil görünməməsi həm sadə, həm də ciddi texniki səbəblərdən qaynaqlana bilər. Əsas odur ki, məlumat itkisinin qarşısını almaq üçün özünüz müdaxilə etməyin və vaxtında düzgün addım atın. DataRecovery xidmətləri ilə belə hallarda peşəkar şəkildə məlumatlarınızı bərpa etmək mümkündür.