HDD-də oxunmayan sektorlara (2-ci hissə)

HDD-də oxunmayan sektorlara (2-ci hissə)

HDD-də oxunmayan sektorlara 

İndi isə bad-blocklar (bəd-bloklar) səbəbilə məlumat itkisini necə qarşısını almaq mümkün olduğunu izah edəcəyəm.

Əgər diskinizdə artıq oxunmayan sektorlara rast gəlmisinizsə, bu o deməkdir ki, onların sayı artıq yetərincə çoxdur və çox güman ki, bu sektorlardan bəziləri vacib məlumatları da zədələyib. Məsələyə məntiqlə yanaşsaq, problemi əvvəlcədən aşkarlamaq, sonradan yaranacaq ciddi problemlərin qarşısını almağa kömək edə bilər.

İnternetdə bir çox test proqramlarının icmalları mövcuddur. Onlarda bu proqramların üstün və mənfi cəhətləri, müxtəlif meyarlar üzrə qiymətləndirilməsi təqdim olunur.

Ən çox müzakirə olunan proqramlar bunlardır:

  • ➢ Victoria HDD

  • ➢ CrystalDiskInfo

  • ➢ MHDD

  • ➢ HDD Regenerator

Şəxsi təcrübəmə əsaslanaraq sizə Victoria proqramını tövsiyə edə bilərəm. Bu, Sergey Kazanskiy tərəfindən uzun illər əvvəl yaradılmış mükəmməl bir vasitədir. Yaşına baxmayaraq, bu gün də aktual, populyar və istifadəsi rahatdır. Tamamilə pulsuzdur və internetdə asanlıqla tapılıb yüklənə bilər.

Əgər diskinizi vaxtaşırı Victoria ilə test etsəniz, çox güman ki, məlumat itkisinə səbəb olacaq ciddi nasazlıqlardan qaça bilərsiniz. Elə ki, bir dənə də olsa bitmiş sektor (bad-block) aşkar olundu, həmin diskə artıq etibar etmək olmaz. Əgər həmin məlumatların ehtiyat nüsxəsi yoxdursa, mütləq onları başqa bir diskə köçürmək lazımdır.

Bundan sonra, hətta proqram təminatında olan REMAP və ya "sektorun təkrar təyinatı" funksiyası uğurla işə düşsə belə, bu diski ciddi və ya vacib məqsədlər üçün istifadə etmək olmaz.

Unutmayın ki, müasir sərt disklər artıq özləri-özünü diaqnostika və bərpa funksiyaları ilə təchiz olunmuşdur. Əgər siz artıq pozulmuş sektorları aşkarlamısınızsa, bu, diskinizin artıq ciddi nasazlıq yaşadığını göstərir. Bu bloklar artacaq, onları gizlətmək cəhdləri isə diskin daxili proqram təminatına da zərər vura bilər.


❗️Buna görə də tövsiyələr:

  • ➢ Əgər diskinizdən vacib məlumatları köçürmək mümkün olmursa, diski "müalicə etməyə" çalışmayınmütləq peşəkar məlumat bərpa mütəxəssisinə müraciət edin.

  • Hətta sadə səth testləri də pozulmuş sektoru olan diskin vəziyyətini daha da pisləşdirə bilər. Əgər bircə dənə də olsa bad-block görsəniz, test prosesini dərhal dayandırmaq lazımdır.

Paylaşmaq: