Sərt disklər sıradan çıxır! Hətta zəmanət zamanı da! Niyə?
Əgər istifadəçi cihazın yerə düşdüyünü, zərbə aldığını və ya gərginlik sıçrayışı olduğunu bilirsə – səbəb aydındır. Həmçinin, istifadəçiyə "sən diski düzgün istifadə etməmisən", və s. deyəcək kifayət qədər "mütəxəssis" tapılır.
Bu barədə ayrıca bir paylaşımda danışacağam — disklərin sıradan çıxmasına nələr səbəb olur və risklər necə azaldıla bilər. Ancaq bu dəfəki mövzumuz başqa şeydir.
Disklər heç bir səhv olmadan da, zəmanət müddətində sıradan çıxa bilər.
Bu, müştərilərimizdən çox tez-tez aldığımız sualdır:
Biz nəyi səhv edirik? Necə qarşısını almaq olar?”
Heç cür almaq olmur
Sadəcə, bu mümkündür və çoxları bunu bilmir.
Əvvəlki paylaşımda diskin quruluşunu və əsas nasazlıq növlərini sadə dildə izah etmişdim. Hər bir nasazlıq istifadəçinin heç bir günahı olmadan və zəmanət müddətində baş verə bilər.
HDD (sərt disk) — mürəkkəb, lakin nisbətən ucuz qurğudur. Onun konstruksiyası təmir üçün nəzərdə tutulmayıb. Buna görə də istehsalçılar bəzən diskin sıradan çıxmasını normal hal kimi qəbul edir və zəmanət çərçivəsində əvəz etməyə hazırdırlar.
Bu, "zavod qüsuru" deyil. Bu, məhsulun dizaynına və qiymətinə görə istehsal riskidir.

Məntiqli nəticə belədir:
- Zəmanətli disk sıradan çıxa bilər, çünki o çox mürəkkəbdir, lakin əlçatan olsun deyə ucuz başa gəlir.
- İstehsalçılar üçün indiki etibarlılıq səviyyəsi kifayət edir. Daha etibarlı və təmir olunan disk – dəfələrlə baha başa gələrdi.