Sərt disk – müasir kompüterdə ən mürəkkəb mexaniki qurğulardan biridir. Məhz onun mexaniki hissələrinin olması onu elektron “əməkdaşları”ndan fərqləndirir və ona üstünlük qazandırır.
Diskin mühərriki plitələri avtomobil sürəti ilə fırladır – əgər bu hərəkət düzxətli olsaydı, sürət 100 km/saatdan çox olardı. Maqnit başlıqlar plitələrin üzərində mikroməsafədə “uçurlar”. Bütün bu sistemi isə incəliklə tənzimlənmiş elektronika – başlıq bloku, xarici lövhə və xüsusi mikrosistem idarə edir.
⠀
Bu sistemdə bəzən nasazlıqlar baş verir:
➢ Plitələrin səthində oxunmayan sektorlar yarana bilər
➢ Diskin mikrosistemi zədələnə bilər
➢ Maqnit başlıqlar plitələrin səthinə yapışaraq mühərrikin fırlanmasına mane ola bilər
➢ Gərginlik sıçrayışı nəticəsində disk elektronikası yanıb sıradan çıxa bilər
➢ Mühərrik ilişib qala bilər
➢ Başlıq bloku sıradan çıxa bilər
➢ Nasaz başlıqlar plitələrin səthinə ziyan vura bilər
⠀
Təəssüf ki, sərt disklərdə problemlər tək-tək gəlmir. Çox zaman biri digərinin səbəbi olur. Məsələn, oxunmayan sektorlar mikrosistemi zədələyə bilər. Nasaz başlıqlar plitə səthinə zərər vura bilər. Gərginlik sıçrayışı həm xarici, həm də daxili elektronikaya ciddi ziyan verə bilər.
⠀
Bəs bu biliklər sizə necə kömək edə bilər?
Növbəti postlarda bu problemlər zamanı məlumatların bərpası ilə bağlı yanaşmaları ətraflı izah edəcəyəm, mifləri dağıdacağıq, istifadəçilərin və mütəxəssislərin düzgün və yanlış davranışlarından danışacağıq, bəzən isə günahkar axtaracağıq.